29-09-2016 [17:05]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, adıçəkilən şəxslər dövlət büdcəsini 752 min manat mənimsəməkdə, tenderlərdə qanunsuz yollarla öz yaxın adamlarının şirkətlərini qalib etməklə vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər.
Təqsirləndirilən şəxslərin hər ikisi özünü qismən təqsirli bildiyini deyib.
Vəkillər müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər. Hakim vəsatətin təmin edilmədiyini bildirib.
F.Seyidov sərbəst ifadə verərək deyib ki, müvafiq olaraq yuxarı instansiyadan aldığı əmrə uyğun olaraq işləyib: "İttihamda yazılan qədər pul mənimsəməmişəm, amma atamdan qalan mirasları satıb, bunu ödəmişəm. Mən, ürək xəstəsiyəm".
R.Məmmədov sərbəst ifadəsində tenderlərdə qalib gələn şirkətlərin kimə məxsus olduğunu bilmədiyini deyib:
"Bizim qovşağın xüsusi bank hesabı olsa da, oradan özümüz pul çıxara bilmirdik. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmi məktubla icazə alırdıq.
Sadəcə rəhbərliyin göstərişi ilə saxta sənədlərə qol çəkmişəm. Heç bir məbləği mənimsəməmişəm. Sadəcə bayramda, toya gedəndə rəis 100-200 manat verirdi, bu da mükafat idi".
Prosesə BTRİB-in hazırda həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində ifadə verib.
O, uzun müddət rabitə sahəsində işlədiyini və bir çox mükafatlara layiq görüldüyünü deyib:
"Gördüyümüz işlər də dövlət proqramına salınan işlərdir. Nazirliyin tapşırdığı işləri görmüşük. Hamı bilir ki, Azərbaycanda paket sistemi var, hamıya da verilib. Tenderlər üçün lazım olan məbləğin 20-25 faiz şişirdilməsini mən yox, nazirlik qovşaq rəislərinə tapşırırdı".
BTRIB-in həbsə olan sabiq baş mühasibiA nar Mustafayev də şahid qismində ifadə verib.
O, deyib ki, rəhbərliyin tapşırığı nə olubsa, həmin işi də icra ediblər: "Mən nə Fətullah Seyidova, nə də Rəşad Məmmədova pul vermişəm. Təmir-tikinti şirkətləri ilə danışıqları biz özümüz həll edirdik, bundan qovşaq rəislərinin xəbəri yox idi".
Hazırda həbsdə olan, "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin sabiq direktoru Emin Məmmədov təqsirləndirilən şəxslərdən yalnız F.Seyidovu tanıdığını deyib:
"Qovşaqlar üçün tikinti işləri görürdük, lazım olan pulu 5-10 faiz artırırdıq. Bu da öz xərcimiz üçün idi".
Daha sonra şahid qismində "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin sabiq direktoru Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev və digərləri ifadə veriblər.
Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.
qafqazinfo
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə