08-09-2016 [10:29]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razı deyil.
Bu barədə onun vəkili Sadiq Rəsulov məlumat verib.Vəkilin sözlərinə görə, A.Çovdarov bildirib ki, dövlətin pulunu mənimsəməyib.
Akif Çovdarov: "Həmin pullar bir qəpiyinə qədər...”
Həbsdə olan Akif Çovdarov agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı yazılanlar barədə vəkilinə bunları deyib:
"Dövlətin bir qəpiyini belə mənimsəməmişəm. İttiham aktında göstərilən həmin pullar agenturaya sərf olunan məbləğlərdir. Mən o barədə açıqlama versəm, Azərbaycanda rüsvayedici vəziyyət yarana bilır. Hətta agentura şəbəkəsi ifşa olunar.
Müәyәn qüvvәlәr prokurorluğun әllәri ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər. Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əkskəşifiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü.
Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlə mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər biri manatına qədər hesabat verə bilərəm".
"Tağı Əhmədovun balaca oğlu maşınla adam vurub”
Vəkil bildirib ki, Akif Çovdarov Bakı Metropolitenin sabiq rəhbəri, indiki YAP Yasamal Rayon Təşkilatının sədri olan Tağı Əhmədovdan hədə-qorxu yolu ilə 3 milyon manat alması barədə də danışıb.
A.Çovdarov bu haqda vəkilinə bunları söyləyib:"Mən istintaq dövründə Tağı Əhmədovla üzləşmək istədim. Lakin bizim vəsatətlərimiz təmin edilmədi. Tağı Əhmədovun balaca oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət matrealları var. Hesab edirəm ki, bunları ört-bastır etmək üçün Tağı Əhmədovu mənə qarşı istifadə edirlər”.
Vəkil onu da əlavə edib ki, müvəkkili A.Çovdarova qarşı bir neçə ərizələrin sahibləri hazırda dələduzluq maddəsi ilə həbs olunmuş şəxslərdir vә onların әrizәlәrini dә ciddi qәbul etmәk olmaz.
Sadiq Rəsulov deyir ki, әrizәlәrin iş materiallarına nә cür daxil olunması cox saylı suallar yaradır.
"Әrizәlәrin heç birindә tarix göstәrilmir, üzәrindә onların qәbul edilmәs ilә bağlı dәrkanar yoxdur, dәftәrxana vasitәsilә qәbul edilmәsi haqda ştamp yoxdur. Zәrәrçәkmiş şaxslәrdan bir neçəsi isə vəfat edib. Dünyasını dəyişən şəxslərin həyat yoldaşları isə zərərçəkmiş qismində göstərilib. Onlarla ölən şəxslərin ifadələri arasında isə ziddiyətlər var”- deyə vəkil qeyd edib.
Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb.
Tağı Əhmədov 3 milyonu niyə verib?
Pulun verilməsində məqsədə gəlincə isə bildirək ki, iddia edilir ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib.
A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlarla barədə araşdırma aparıb. Əhmədovun qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyev (Tağı Əhmədovun qardaşı oğlanları) A.Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub. Sonda Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.
Onu da əlavə edək ki, istintaq zamanı Akif Çovdarov Tağı Əhmədovun qardaşı oğlu Əli Əhmədovla üzləşdirilib. Vəkilin sözlərinə görə, Əli Əhmədov pulu Akif Çovdarova harada verikməsi soruşularkən doğru cavab verə bilməyib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Musavat.com
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq