05-09-2016 [14:41]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Beynəlxalq Bank işi" üzrətəqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib.
Prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının bu şəkildə aparılmasına etiraz eifdb.
O, bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prizumpsiyası və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır, müdafiə tərfinin isə bununla bağlı vəsatətləri nəin ki, qəbul olunmur, heç müzakirə olunmur. İttihamdakı rəqəmlərdə ziddiyyətlər olduğunu deyən vəkil qeyd edib ki, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirlər.
O, bir neçə gün əvvəl Maliyyə Nazirliyinin mətbuata açıqlamasınba toxunaraq bildirib ki, Cahangir Hacıyevin 5 milyard dolları mənimsəməsi, offşora ötürməsi ilə bağlı deyilənlər təqsirsizlik prizumpsiyasının pozulmasıdır və ictimai rəydə ona qarşı mənfi rəy yardır.
Vəkil: "Əgər Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyiblər. Əgər yoxdursa, niyə belə açıqlama verilir? Buna görə də əvvəlki vəsatətlərin müzakirəyə çıxarılaraq müzakirə olunmasını xahiş edirik”.
Vəkil məhkəməyə yeni vəsatətlər təqdim edib.
Birinci vəsatətdə Maliyyə Nazirliyinin mətbuat xidməti rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsini, mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyardlıq mənimsəmə açıqlamasına aydınlıq gətirməsini tələb edib.
İkinci vəsatət Beynəlxalq Bankda Maliyyə Nazirliyi və Vergilər Naziriliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Digər vəsatətdə isə Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması tələb olunub. Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir: "Ötən həftə bankın idarə heyyətinin müşaviri də ifadəsində bildirdi ki, guya qanunsuz olan kreditlərlə bağlı DİN-ə məlumat verib. Maraqlıdır, niyə məhz DİN? Əgər bu bankın fəaliyyəti ilə bağlıdırsa, ya Maliyyə Nazirliyinə, ya da Baş Prokurorluğa məlumat verilməli idi. Elə bu qərəzə görə də layihələrlə bağlı sənədləri vermirlər”.
Hakim Əhqan Hacıyev qeyd edib ki, əvvəl qaldırılan vəsatətlərlə bağlı məhkəmə atıq qərar qəbul edib ki, onlara şahidlərin ifadəsindən sonra baxılacaq. Hakim yeni vəsatətlər bağlı qeyd edib ki, sənədlərin təqdim edilməsinə də məhkəmədə sənədlərin tədqiqi mərhələsində baxılacaq.
Prokuror Fərid Nağıyev isə bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O, qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.

Canahgir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib.
Sabiq bankir qeyd edib ki, ittihamda yer alan 211 milyon məbləği iddia edilən 5 milyardla bağlıdır.
"Bu gün həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın. Həmin şirkətlər hazırda Samir Şərifov və digərlərinin benefisləridir. Ona görə də həmin sənədlərin yoxlanması ilə bağlı vəsatət verirəm. Indi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Araşdırın görək ki, bu 211 milyondur, yoxsa 211 manat. Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Şou göstərəndə heç olmasa, yaxşı göstərin. Mənə də yüz sifariş olub. Onu elə etmişəm ki, nə şiş yanıb, nə də kabab. Yəni, heç vaxt şouya çevirməmişəm”- deyə C.Hacıyev əlavə edib.
Prosesdə Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə verərək bildiriblər ki, onlar yanlız sənədləşdirmə işləri aparıblar.
Şahid qismində ifadə verən İbrahim Ağayev bildirib ki, "İnter tekstil” şirkətində çalışıb.
Onun sözlərinə görə, müdiri Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıdır.
Şahid deyib ki, səbəb olaraq şirkətə dəzgah alınmalıdır. Prokuror isə bildirib ki, onun adında 15 milyon 776 min manatlıq kart açılıb. O isə bildirib ki, bundan istintaq zamanı xəbər tutub.
Şahid Ramin Məhərrəmov ifadəsində bildirib ki, təqsirləndirilən İbrahim Hüseynovu tanıyır və 2009-2010-cu ildə onun göstərişi ilə idarəyə çağırılıb, oradan da banka gedərək sənədlərə qol çəkilib.
Məlum olub ki, onun adına 815 və 480 min olmaqla iki kredit ayrılıb.
Sadıqlı Zəfər ifadəsində qeyd edib ki, bankın "Nərimanov” filialında xəzinədar olub, adlarına kredit ayrılmış şəxslər bankda sənədlərlə yaxınlaşıblar və pul alıblar. O, sənədlərə qol çəkən hər kəsin pulu özünün aldığını deyib.
Proses davam edir.
Bizimyol.info
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq