24-08-2016 [13:45]
Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb.
Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərləridir.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.
Prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev məhləmə tərkibinə etiraz ediblər.
Səbəb olaraq isə hazırlıq iclasının qərarında onların qaldırdığı 6 vəsatətdən yalnız ikisi qeyd edilib. Vəkillər deyib ki, bu da məhkəmə prosesinin obyektiv aparılacağı ilə bağlı onlarda şübhə yaradır.
Lakin digər təqsirləndirilən şəxslərin vəkilləri isə bu vəsatəti müdafiə etməyiblər.
Dövlət ittihamçısı bildirib ki, bu vəsatət əsaslandırılmayıb. Bu səbəbdən də vəsatət baxılmamış saxlanılıb.
Vəkil F.Mehdiyev müəyyən məsələlərin müzakirə olunması üçün müvəkillərinin yanlarında əyləşdirilməsi üçün şərait yaradılmasına istəyib.
"İstintaq təcridxanasında Cahangir Hacıyevə çox ciddi təzyiqlər var. Kamerası dəyişdirilib. Artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürülüb. Ümumi istifadədə olan soyuducudan məhrum edilib. Bu səbədən də qidaları saxlaya bilmir. Günlərlə ac qalır. Bu insani davranış deyil. Məhkəmədən bu məsələyə münasibət bildirməsini və bu problemin həllinə kömək etməsini xahiş edirik"- deyə vəkil bildirib.
Vəkil Aqil Layıcov isə çıxışında C.Hacıyevin qəsdən "QAZ- 53" həbsxanaya aparıldığını və həmin maşında isti olduğunu deyib.
A.Layıcov çıxışında qeyd edib ki, prezident tərəfindən 15 iyun 2015-ci il tarixində Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı fərmanı var: "Fərmandan irəli gələrək Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrarkredit" QSC arasında üçtərəfli müqavilə imzalanıb. Təhvil-təslim zamanı 5.7 milyard manat öhdəlik götürülüb və bank sağlamlaşdırılıb. İttiham aktında 211 milyon manat zərər dəyməsi qeyd edilir. Ancaq yenidən əlavə olaraq 7 milyonluq dəymiş maddi zərər göstərilir. Həmin təhvil-təslim zamanı imzalanan sənədlər məhkəməyə təqdim edilməsini tələb edirik".
Bu vəsatət baxılmamış saxlanılıb.
C.Hacıyev vəkillərinin vəsatətlərinin təmin olunmasımı istəyib.
Prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri bu ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.
C.Hacıyev ittiham aktının bir hissəsinin ona aydın olmadığını deyib.
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq