24-08-2016 [12:30]
Rəsmi statistikadı: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır.
Adi riyazi hesablama eləsək, Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir 20 milyon dolları ötür.
Və bu yağlı tikə, daha doğrusu milyonlarla "göy” gətirən göyərti bazarı uğrunda illərdir ki, Rusiya paytaxtında qanlı müharibələr gedir: "Göyərti müharibələri…”.
Son illər Moskvada bazarlar dalbadal bağlanır. Ona görə yox ki, moskvalılar daha bazara getmirlər. Bütün günü restoran və kafelərdədirlər. Əsla, bazarları indi iri supermarketlər, ucu-bucağı görünməyən hipermarketlər əvəz edib.
Daha, ucarlıların, daha dəqiqi doğrusu Sarıyev qardaşlarının nəzarət etdiyi tozlu-torpaqlı "Vıxino” bazarına gedən yoxdur. Elə "Xlebnikov”dakı meyvə-tərəvəz bazarına da az adam ayaq basır.
Naxçıvanlıların nəzarətində olan "Moskvoreçski” və "Çeryomuşinskaya” bazarına da həmçinin. Şəmkirlilərin "Pokrovski” bazarı isə Orxan Zeynalov qalmaqallından sonra tamamilə bağlanıb. İndi moskvalılar bayaq dediyim kimi, əl-ayağı təmiz və çəkidə aldanmayacaqlarına əminliklə böyük marketlərdən alırlar mer-meyvəni, tərəvəzi və əlbəttə ki göyərtini. Amma…
Yeni qovğa yetişir...
...Amma bütün bunlara rəğmən, Moskva-bazar-azərbaycanlı "üçlüyü” hələ ki öz mahiyyətini və varlığını qoruyub saxlamaqdadır. Və hələ də Moskva bazarları azərbaycanlıların əsas qazanc mənbələridir. Və nəhayət, hələ də bu bazarlar uğrunda qanlı savaşlar gedir.
Bir qədər əvvəl Rövşən Lənkəranskinin qətlə yetirilməsindən sonra isə bu müharibənin qızışacağı da heç kimə sirr deyil.
Hə, məhz Lənkəranskinin qətli yeni qovğalara, payların yenidən bölünməsinə səbəb olacaq. Xüsusi ilə də göyərti bazarının...
Göyərti kralının qətli və...
...Bir qədər əvvəl Moskvanın "göyərti kralı” kimi tanınan Cambulat Şamiloğlunu evinin qarşısında güllələnəndə, çoxları bunun kriminal "razborka”yla əlaqələndirdi. Bu həmin Canbulat Şamiloğlu idi ki, "Ded Xasan” qruplaşmasının üzvü idi. "Ded”in varisi "Şakro Molodoy”un qanadı altındı çalışırdı. "Şakro” ilə isə onu azərbaycanlı qanuni oğru "Vaqif Bakinski” tanış etmişdi.
Canbulat qətlə yetiriləndə çoxları onun sifarişini məhz Lənkəranski tərəfindən verildiyi qənaətindəydi. Çünki Canbulat məhz "Şakro” və "Vaqif Bakinsiki”nin diqtəsiylə Rövşən Lənkəranskinin nəzarət etdiyi bazarlara göyərti təminatının həyata keçirməkdən imtina etmişdi. Amma bütün bunlar versiyalardır, elə biz də versiya kimi yazırıq. Həqiqət isə odur ki, Lənkəranski və "Şakro Molodoy” məhz "Ded Xasan”ın qətlinə görə qanlı düşmən idi. "Vaqif Bakinski” də həmyerlisinin yox, "Şakro”nun yanındaydı.
Və nəhayət bir həqiqət də var: rusiyalı kriminal yazarı Andrey Konstantinovun dediyi kimi, Moskvanın meyvə-tərəvəz, göyərtiylə təmin edən iri bazarlara, məsələn "Pokrovski”, sonradan "Domodedovo kimi topdansatış bazalarına məhz Lənkəranski nəzarət edirdi: "Onun adamları Moskvaya gətirilən və gələn meyvə-tərəvəzlə dolu iri yük maşınlarını öz nəzarətində olan anbarlara istiqamətləndirirdi. Oradan isə bazarlara və piştaxtalara paylanırdı”.
Yeni bazar, yeni müharibə...
Təxminən iki il əvvəl Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İlieyv yeni topdansatış bazası açdılar: "Food Sity”. 360 min kvadratmetr ticarət, 300 min kvadratmetr anbar sahəsinə malik olan "Food City”ni açılanda topdansatışla məşğul olan satıcıları bu bazara cəmləmək lazım gəlirdi.
Amma Moskvada tərəvəzin, meyvənin, göyərtinin topdansatışını Lənkəranskinin adamları həyata keçirirdi və heç kim, necə deyərlər ağrımaz başına dəsmal bağlamaq istəmirdi. "Food City”yə özbaşına keçmək topdansatışla məşğul olan meyvə-tərəvəz və göyərti alverçilərinin başını bəlaya sala bilərdi.
Rusiyanın tanımış kriminal saytlarından olan "Russkaya mafiya” (rumafia.com) həmin vaxt yazırdı. "Nisanov və İliyev problemi həll etmək üçün "Vaqif Bakinski”ylə əlaqəyə girdilər. "Vaqif Bakinski” isə məsələni "Şakro Molodoy”la müzakirə edir. Nəyin bahasına olursa olsun, satıcıları "Food City” gətirmək qərarın gəlinir. Amma Lənkərənski amili də göz önünə alınır. Heç kim Rövşənlə problem də yaratmaq istəmir”.
Şəmkirli Məhərrəmi necə ələ aldılar?
Bu arada "Bakinski” bir nəfərlə görüşmək qərarına gəlir: Moskvada hamının Şəmkirli Məhərrəm kimi tanıdığı şəxslə.
"Pokrovski” bağlanandan sonra "Domodedovo” bazarını idarə edən və Şəmkirli Məhərrəmə "Food Stiy”ə keçmək təklif olunur. Bazar idarəçiliyini yaxşı bacaran Məhərrəm əvvəl Rövşənin qorxusundan bu təklifə "yox” deyir.
Amma azərbaycanlı milyarderlər "Vaqif Bakinski” vasitəsi ilə ona törətdiyi bir əməli xatırladırlar.
Söhbət keçmiş MTN naziri Eldar Mahmudovun yaxın adamlarından olan "Akula Akif”i. Yadınızdadırsa, bir neçə ay əvvəl "Akula Akif”in məhz Məhərrəm tərəfindən Avropaya qaçırılması barədə Azərbaycan KİV-də çeşidli xəbərlər getmişdi. Məhərrəm sonradan öz hərəkətindən çox peşman olmuşdu. Amma artıq gec idi. Hə, məhz bu məqamı Məhərrəmin yadına salırlar. Əlacsız qalan "bazarkom” təkliflə razılaşır.
Biz Şəmkirli Məhərrəmlə bağlı məqamlara qayıdacağıq. İndilikdə isə "Food Sity”yə qayıdaq.
Hə, "Food Siti”yə satıcı yığmaq planı əslində böyük pullar demək idi. Amma bunun qansız ötüşməyəcəyi də heç kimə sirr deyildi. Belə olan halda "Şakro Molodoy” Vaqifə tapşırıq verir ki, heç bir halda silaha əl atılmasın. Qan tökülməsin.
Amma qan tökülür…
Musavat.com
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq