ATƏT Eynulla Fətullayevlə bağlı bəyanat yayıb

img

23-04-2010 [12:52]


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət etməyə, jurnalist Eynulla Fətullayevi həbsdən azad etməyə çağırıb: ?Biz həmişə tələb etmişdik ki, Eynulla Fətullayevin işinə iki əsas hüquq baxımından - media azadlığı və ədalətli mühakimə hüququ baxımından yanaşsınlar. İndi Avropa İnsan Haqları Məhkəməsi həbs edilmiş jurnalistin xeyrinə qərar çıxarıb və bunun yalnız bir nəticəsi ola bilər ? dərhal azadlığa buraxılmaq?. Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin işilə bağlı qərar verib. Məhkəmə jurnalistin işində İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 10-cu və 6-cı maddələrinin pozulduğu qənaətinə gəlib. Azərbaycan bu Konvensiyanı 2003-ci ildə təsdiq edib. ?Realnı Azərbaycan? və ?Gündəlik Azərbaycan? qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamıyla 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamlarıyla onun cəzası 8 il 6 aya çatdırılıb. Hazırda Eynullanın daha bir məhkəməsi gedir. O, həbsdə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunur. Jurnalist və hüquq-müdafiə təşkilatları məqsədin onun həbsdə qalma müddətinin uzadılması olduğunu deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA