MTRŞ telekanaların məsələsini yenidən müzakirəyə çıxaracaq

img

19-04-2010 [07:06]


Milli Televiziya və Radio Şurası "Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans təşkil ediləcək. Qurumdan verilən məlumata görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmov, İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktoru İsmayıl Ömərov iştirak edəcək. Həmçinin Milli Məclisdən, jurnalist birliklərindən, QHT-lərdən , xəbər agentlikləri və mətbuatdan olan nümayəndələrin də iştirakı gözlənilir. Elmi-nəzəri konfransda elektron medianın dövlət tərəfindən tənzimlənməsi, elektron mediaya ictimai nəzarətin zəruriliyi kimi məsələlər müzakirə ediləcək. Qeyd edək ki, konfrans aprelin 21-də Milli Televiziya və Radio Şurasının inzibati binasında baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA