01-06-2016 [10:43]
Bakıdakı "Oazis” restoranında kütləvi dava törətməkdə günahlandırılan şəxslərdən biri həbs edilib.
"Oazis” restoranında xuliqanlıq etməkdə təqsirləndirilən Bakı şəhər sakini Əsgərov Zaur Mahir oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Z.Əsgərov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb.
Qeyd edək ki, Z.Əsgərov indiyədək azadlıqda idi.
Xatırladaq ki, hadisə 2014-cü ilin sentyabr ayının 2-də, gecə saat 22:00 radələrində, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 24 ünvanında yerləşən "Oazis” restoranında baş verib. Həmin restoranda övladının ad gününü keçirən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əsgərov Zaur Mahir oğlu onların masasında əyləşən digər tanışı Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Tumasov Emil Rafiq oğlunun ünvansız söyüş söyməsinə ofisiant Adıgözəlov Rəhman Mehman oğlu kobud normada irad bildirib. Z.Əsgərovla E.Tumasov və onların digər tanışı, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Abdullayev Ravid Yusif oğlu restoranda R.Adıgözəlovla mübahisə zamanı onu döyüblər. Həmin şəxslər xidmətçinin baş nahiyəsinə yumruq zərbələr endiriblər və onun sağlamlığına yüngül zərər vurublar.
Bu zaman restoranda ofisiant işləyən Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Adıgözəlov Kənan Mehman oğlu qardaşı R.Adıgözəlovun döyülməsini görüb, hadisə yerinə yaxınlaşıb. O, burada R.Abdullayevə xəsarət yetirərək, qardaşını həmin şəxslərin əlindən alıb.
Daha sonra hadisə yerinə restoranda mühafizəçi vəzifəsində çalışan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Camal Mahir oğlu və baş inzibatçı vəzifəsində işləyən Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Tomayev Azad Nizami oğlu gəlib. Restoran işçiləri qanlı dava zamanı qonaqlardan E.Tumasovun sağlamlığına yüngül zərər vurublar. Hadisə yerinə Binəqədi Rayon Polis əməkdaşları gəlib. Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.
C.Məmmədov, R.Abdullayev, E.Tumasov və A.Tomayev Cinayət Məcəlləsinin (CM) 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), K.Adıgözəlov CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və Z.Əsgərov 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunublar.
2015-ci ilin iyun ayında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə C.Məmmədov, K.Adıgözəlov, R.Abdullayev 9 ay 7 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. E.Tumasovla A.Tomayevin qazancından 20 faiz tutulmaqla 2 il müddətinə şərti olaraq islah işləri cəzasına məhkum olunub. Məhkəmə Z.Əsgərova isə 2 il sınaq müddəti ilə şərti cəza tətbiq etmişdi.
Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən E.Tumasov isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakimlər vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apelyasiya Məhkəməsində baxılıb.
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"