QHT-lərə və KiV-ə dövlət dəstəyi qurumlarının fəaliyyətindəki qanunsuzluqlarla mübarizə üzrə izçi Qrupu yaradılıb

img

07-04-2010 [04:57]


Aprelin 7-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) mətbuat mərkəzində "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, "Hərbi Jurnalistlər" İctimai Birliyi və s. QHT-lərin, KİV nümayəndələrinin və ekspertlərin iştirakı ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun QHT-lər və KİV-lər arasında keçirdiyi müsabiqələrin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən ?Doktrina? JHAM-ın həmtəsisçisi İdrak Abbasov bildirdi ki, istər KİV DDF, istərsə də QHT DDŞ-ın fəaliyyət göstərdiyi dövrdə keçirdiyi müsabiqələrin nəticələri, maliyyənin ayırlmasında əsas götürülən meyarlar şübhə doğurur. Əksər hallarda qurumların rəhbərlərliyində, idarə heyətlərində təmsil olunanların, onların yaxınlarının QHT və KİV-lərinə, tanınmayan təşkilatlara və qəzetlərə, hətta reket qurumlara qrant ayrılır. Bu kimi hallar keçirilmiş 6 müsabiqə zamanı dəfələrlə təkrarlanıb. Amma ölkə rəhbərliyi səviyyəsində bu qanunsuzluqlara hər hansı reaksiya verən yoxdur. Xatırladılmalıdır ki, indiyə qədər keçirilmiş müsabiqələrə dövlət büdcəsindən 5 milyon manata yaxın vəasait ayrılıb. Bu böyük vəsaitdir və sözsüz ki, onun hesabatlılığı da şəffaf olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA