Lalə Şövbkətə qarzı ?Mətbuatı Məhkəmələrdən Qoruyaq" hərəkatı yaradıldı

img

06-04-2010 [03:51]


Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində yeni təsis edilmiş Mətbuatı Müdafiə Komitəsinin təşkilatçılığı ilə qəzetlərin məhkəməyə verilmə hallarının artması, xüsusilə də Lalə Şövkət Hacıyevanın ?Ölkə? qəzetinə qarşı iddiası ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ?Mətbuatı Məhkəmələrdən Qoruyaq? adlı hərəkata başlayıb. Hərəkat Lalə Şövkətin ?Ölkə? qəzetini məhkəməyə verməsinə cavab olaraq elan olunub. Məlumat üçün bildirək ki, ?Ölkə? qəzetində dərc olunmuş ?Madam? ləqəbli ?KQB? zabiti kimdir?? başlıqlı yazıya görə Lalə Şövkət qəzeti məhkəməyə verib və təzminat kimi 500 min manat tələb edib. ?Mətbuatı Məhkəmələrdən Qoruyaq? hərəkatı isə Lalə Şövkətin iddiasından geri çəkilməsini istəqyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA