Gənclər və idman Nazirliyi gənclərlə bağlı müsabiqə elan edib

img

01-04-2010 [04:49]


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müsabiqə aşağıdakı istiqamətlər çərçivəsində həyata keçiriləcək. - gənclər arasında ekoloji maarifləndirmənin aparılması; - gənclər arasında İnformasiya texnologiyalarından düzgün faydalanmanın təbliği; - gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi; - gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi; - gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi; - gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi; - gənclər sahəsi üzrə qeyri-formal təhsil proqramlarının yaradılması; - gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş; - gənclər üçün sosial xidmətlərin göstərilməsi; - gənclər arasında sağlam həyat tərzinin təbliği. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının ?Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında? qərarını və ?Gənclər siyasəti haqqında? Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə yuxarıda qeyd olunan layihələrin qəbulunu elan edir. Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) və ya aşağıdakı ünvana müraciət etməklə əldə edə bilərsiniz. Layihələr 2010-cu ilin aprel ayının 1-dən 30-dək Nazirliyin Ekspert ? Məsləhət Şurasına yazılı şəkildə təqdim olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib