Parlament Jurnalistləri Birliyinin təzəbbüsü ilə Türkiyədə soyqırım fotosərgisi açılıb

img

30-03-2010 [07:37]


Martın 30-da Türkiyənin turizm bölgəsi olan Alanya şəhərinin mərkəzi Atatürk meydanda 31 mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar ?Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda? adlı fotosərgi açılıb. Tədbir Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü, Türkiyə Qəzetçilər Federasiyası (TQF) və Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə təşkil olunub. Qeyd edək ki, fotosərgidə ermənilərin 1918 ?ci ildə Azərbaycanın müxtəlif regionlarında törətdikləri kütləvi qətliamları, 1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsini, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını, habelə 1988-1994-cü illədə erməni silahlı birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarında törədilən digər dəhşətləri, eləcə də Azərbaycanın işğal altındakı tarixi-mədəni abidələrinin aqibətini özündə əks etdirən fotolar nümayiş etdirilir. Sərgi bir həftə davam edəcək. Fotosərginin açılış mərasimində əvvəlcə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü, azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqləlik sükutla yad olunub, ?İstiqlal? marşı səslənib. Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dim, PJB-nin sədri Elşad Eyvazlı, AzərTAc-ın bölmə müdiri, PJB sədrinin müavini Xətayi Əzizov sərginin əhəmiyyətindən danışıb, ermənilərin zaman-zaman türklərə və azərbaycanlılara qarşı irəli sürdükləri əsassız ərazi iddiaları, erməni vəhşilikləri barədə ətraflı məlumat veriblər. Bu ilin əvvəllərində Azərbaycana səfəri çərçivəsində Quba məzarlığını ziyarət etdiyini vurğulayan Məhmət Əli Dim ermənilərin 1918-ci ildə Azərbaycanda törətdikləri qətliamlardan dəhşətə gəldiyini bildirib. O, deyib ki, sərgini təşkil etməkdə məqsəd bir daha dünya ictimaiyyətinin diqqətini bu cür soyqırımlarına yönəltməkdir: ?Bu şəkilərə baxdıqdan sonra hamıya aydın olur və faktlar bir daha sübut edir ki, əsil soyqırımını ermənilər törədiblər?. E. Eyvazlı tədbirin təşkilinə və göstərilən hər cür dəstəyə görə TQF və AQC rəhbərliyinə, türkiyəli jurnalistlərə minnətdarlıq edib, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri qətliamlar, terror aksiyaları barədə məlumat verib. O, deyib ki, ?bu cür sərgiləri təşkil etməklə əslində kimin soyqırımına məruz qaldığını dünya ictimaiyyətinə çatdıra biləcəyik?. E.Eyvazlı Türk dunyasını bu məsələlərdə bır olmağa cağırıb. Alanyanın kaymakanı Hülusi Doğan sərginin təşkilini qardaş Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsi adlandırıb. O, deyib: ?Əslində ermənilər saysız soyqırımları törətmiş, lakin məzlum erməni obrazı yaratmaqla ictimai bir qədər aldatmağa nail olmuşlar. Bu cür sərgilər isə bir daha sübut edir ki, əslində ermənilər türklərə və azərbaycanlılara qarşı misli görünməmiş soyqırımları, terror aktları törətmişlər?. Kaymakan bur cür sərgilərin təşkilinin vacibliyini qeyd edərək, rəhbərlik etdiyi qurumun hər cür dəstək verməyə hazır olduğunu bildirib. Sərginin ziyarət edənlər arasında Avropa Şurası Parlament Assamblyasının sədri Mövlud Çavuşoğlunun atası Osman Cavusoglu, Ənvər Paşanın nəvəsı Osman Maya Tepek, partıya nümayəndələri və Türkıyə ictımaı xadimlərı olub. Qeyd edək ki, belə bır tədbır martın 31-də Ankarada ?Zəfər Çarşısı? sərgi salonunda da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA