Televiziya yayımı rəqəmsal sistemə keçəcək

img

11-03-2010 [06:20]


Azərbaycanda televiziya yayımının 65 faizi 2010-cu ildə rəqəmsal sistemə keçəcək. Artıq Bakıda, Sumqayıtda və Abşeronda televiziyalarda bu sistem tətbiq olunur. 2010-cu ildə isə Gəncə, Şirvan və Naxçıvanda fəaliyyət göstərən televiziyaların rəqəmsal sistemə keçməsi nəzərdə tutulub. Bu barədə AzadlıqRadioduna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baş məsləhətçisi Qulam Abdullayev deyib. Nazirlik rəsmisi ölkə üzrə yeni sistemə keçidin 2013-cü ildə başa çatacağını bildirdi. Onun sözlərinə görə, 2004-cü ildən Azərbaycan televiziya məkanında rəqəmsal sistem tətbiq olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA