TQDK ingilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib

img

09-03-2010 [03:24]


gn=left]2010/tqdk-bina-yeni-man.jpg[/libt] Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri üçün İngilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib. İngilis dilindən təqdim olunan vəsait orta umumtəhsil məktəbləri üçün quvvədə olan tədris proqramı əsasında hazırlanmış və qəbul proqramına tam uyğundur. Vəsait uc hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. 1-ci hissə (fonetika) dilin fonetik quruluşunu, hərf-səs tərkibini, oxu qaydalarını əks etdirir. 2-ci hissə (morfologiya) əsas və koməkci nitq hissələrindən bəhs edir. 3-cu hissədə (sintaksis) soz birləşmələri, cumlə və cumlə uzvləri haqqında əsaslı məlumat verilir. Fonetik və qrammatik movzuların əsaslı və sistemli şəkildə verilməsi abituriyentlərin qəbul imtahanına ciddi və səmərəli hazırlaşmasına kömək edəcək. Hər movzudan sonrakı ?Test yourself ? başlığı altında təqdim olunmuş test tapşırıqları və onların vəsaitin sonunda verilmiş cavabları abituriyentlərə hər mövzu üzrə biliklərini müstəqil olaraq yoxlayıb qiymətləndirməyə imkan verəcək. Kommunikativ və öyrədici xarakter daşıyan dialoqlar, mətnlər və şifahi nitqdə cox işlədilən ifadələrin əsasında qurulan test tapşırıqları isə abituriyentlərin nitq və oxuyub anlama vərdişlərini və leksik biliklərini yoxlamağa komək edə bilər. Vəsaitin sonunda, əlavə olaraq, fonetika, zaman formaları, sifətin muqayisə dərəcələri, sual cumlələrinin novləri və s. uzrə cədvəllər, həmcinin sozonulərinin, frazeoloji birləşmələrin işlənməsini əks etdirən siyahılar verilmişdir. Təqdim olunan vəsaitdə verilmiş material həm nəzəri, həm də praktik xarakter daşıdığından, umid edirik ki, o, qəbul imtahanına hazırlaşmaq istəyən abituriyentlər üçün stolustu kitaba cevriləcək. Qəbul imtahanlarına hazırlaşmaqda, butovlukdə orta məktəbdə ədəbiyyat tədrisinin yaxşılaşmasında, təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq ?Ədəbiyyat? adlı vəsait abituriyentlərə, orta məktəb şagirdlərinə, Azərbaycan dili və ədəbiyyat muəllimlərinə təqdim edilir. Vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanmışdır. Hər bölmə yığcam, zəruri məqamlarda isə müəyyən təfsilatı ilə izah olunmuş, bölmələrin sonunda mövzunu tam əhatə edəcək testlər verilmiş, bu testlərin düşündürücü və məntiqi olmasına diqqət yetirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq