Bu gün Elmar Hüseynovun qətlinin bezinci ildönümüdür

img

02-03-2010 [11:03]


Bu gün ?Monitor? jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun vəfatından 5 il ötür. Elmar Hüseynov 2 mart 2005-ci ildə yaşadığı evin yaxınlığında muzdlu qatil tərəfindən qətlə yetirilib. Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Mühəndis-inşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir neçə müddət Xudafərin GES-də və Rusiyada Boquçan GES-də ixtisası üzrə çalışıb. Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də ?Trend? analitik-informasiya agentliyini, 1996-cı ildə isə ?Monitor? jurnalını təsis edir. O həmçinin ?Bakinskiy bulvar? və ?Bakinskie vedomosti? qəzetlərinin təsisçisi idi. Ailəli idi və bir övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA