Gənc Tamazaçılar Teatrında ?AzərTAc?ın 90 illiyi qeyd olundu

img

01-03-2010 [04:03]


Bu gün ?AzərTAc? Dövlət Teleqraf Agentliyinin 90 illiyi tamam olur. Bununla əlaqədar Gənc Tamaşaçılar Teatrında mərasim keçirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ?AzərTAc? Dövlət İnformasiya Agentliyi Azərbaycan tarixinin böyük şahididir. ?Bu gün təkcə qocaman ?AzərTAc? agentliyi üçün deyil, həm də bütün Azərbaycan KIV-i üçün mühüm gündür. Əvvəllər ölkə əhalisi dünyada baş verən hadisələr haqqında məlumatı əsasən Rusiya KİV-dən alırdı. Lakin müstəqillik əldə olunduqdan sonra alternativ informasiya mənbəyi - ?AzərTAc? yarandı. ?AzərTAc?ın kollektivi böyük vətənpərvərlik ruhuna malikdir. Onlar obyektivdirlər, lakin hadisələri vətənpərvərlik nöqteyi-nəzərindən işıqlandırırlar?, - deyə Ə. Həsənov bildirib. Xatırladaq ki, ?AzərTAc? Şərqdə ilk informasiya agentliklərindən biri olub. Agentliyin təsis edilməsi haqqında qərar Azərbaycan Xalq Respublikası Nazirlər Şurasının 3 mart 1919-cu il tarixli iclasında qəbul edilib. Lakin qurum bir il sonra - 1 mart 1920-ci ildə fəaliyyətə başlayıb. Agentliyin xəbər bülletenləri hər gün Azərbaycan və rus dilində dərc olunurdu. Sovet hakimiyyəti dövründə agentlik müxtəlif adlarla fəaliyyətini davam etdirib. 1972-ci ildən ?Azərinform? adlanırdı. Ölkənin müstəqilliyi bərpa edildikdən sonra agentliyin ilk adı ? ?AzərTAc? qaytarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA