ANS-in videokamerası yenə sındırıldı

img

11-02-2010 [12:37]


Bu gecə saat 04:30 radələrində paytaxt Bakını enerji ilə təmin edən Xırdalanda yerləşən 220 kilovoltluq yarımstansiyada yanğın baş verib. Yanğının yarımstansiyanın hansı ərazisində baş verməsi rəsmən dəqiqləşməyib. Amma şahidlərin ANS-in hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, yanğın stansiya ərazisində generator yağlarının saxlanıldığı çəndə baş verib. Ərazidə Fövqaladə Hallar Nazirliyinin bir neçə rayon üzrə 10-a yaxın yanğınsöndürmə maşınından ibarət briqada işləyib. Artıq yanğının qarşısını almaq mümkün olub. Əraziyə ?Azərenerji? səhmdar cəmiyyətin prezidenti Etibar Pirvediryev də baş çəkib. ?Azərenerji? ASC-dən verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Səbəblər aydınlaşandan sonra rəsmi məlumat veriləcək. Qeyd edək ki, ərazidə çəkiliş aparan ANS əməkdaşlarına ?Azərenerji? səhmdar cəmiyyətinin mühafizəçiləri mane olmaq istəyiblər. Onlar əməkdaşlarımıza təzyiq göstərərək, çəkiliş yerindən uzaqlaşmağı tələb ediblər. Eyni zamanda çəkiliş qrupuna məxsus videokameranı da sındırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA