15 gün ərzində KiV-in inkizafına Dövlət Dəstəyi Fonduna layihə təqdim edilməyib

img

04-02-2010 [01:27]


Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yanvarın 19-da fərdi jurnalist yazılarının və KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edib. Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az-a bildirib ki, müsabiqəinin elan olunmasından 15 gün ötməsinə baxmayaraq heç bir KİV, jurnalist təşkilatı və jurnalist layihə təqdim etməyib: ?Adətən həmişə müsabiqənin vaxtı sona yaxınlaşanda canlanma olur. Yəqin ki, indi layihələrin və yazıların üzərində çalışırlar. Yaxın günlərdə təqdim etməyə başlayarlar?. Layihələrin təqdim edilmə müddəti martın 1-də yekunlaşacaq. V.Səfərli deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 5-də mətbuat konfransı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA