Tanınmız jurnalist qətlə yetirilib

img

06-01-2010 [03:35]


Bolqarıstanda ölkənin cinayətkar bossları barədə kitab yazmış radioaparıcı və jurnalist Boris Tsankov qətlə yetirilib. "İnterfaks?ın yaydığı xəbərə görə, ölkədə ?Bobi? adı ilə tanınan Tsankov əsasən jurnalist araşdırmaları ilə məşğul olub. Bolqarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sofiyada baş verib. Jurnalisti müşayiət etmiş 2 nəfər də yaralı halda hospitala götürülüb. Cinayətkar hadisə yerindən qaça bilib. İki il əvvəl mütəşəkkil cinayətkarlıqdan yazan daha bir bolqar jurnalist Georgi Stoev də qətlə yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA