Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

img

18-12-2009 [04:48]


Bu gün Azərbaycan Mətbuat Şurası Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi ?Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili? layihəsi çərçivəsində növbəti kurs baş tutub. ?KİV-lərin iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi? mövzusunda təlim kursunda məşğələni maliyyə eksperti Mehdi Babayev aparıb. M.Babayev media təmsilçilərinə Azərbaycanda reklam fəaliyyətinin hüquqi tənzimlənməsi, çap və elektron KİV-lərdə reklamın xüsusiyyətləri, həmçinin media orqanlarının reklam yaymaqda məsuliyyəti məsələləri ilə bağlı ətraflı məlumat verib O, jurnalistlərin mövzuya dair suallarını cavablandırıb, bir sıra praktik əhəmiyyətli tövsiyələr verib. Qeyd edək ki, Şura dekabr ayı ərzində bir neçə digər mövzuda da məşğələlərin təşkilini nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA