2009-cu il jurnalistlərin ölümünə görə rekord il olub

img

17-12-2009 [05:33]


2009-cu ildə öldürülən jurnalistlərin sayı rekord həddə çatıb. Jurnalistlərin Müdafiə Komitəsi noyabrda Filippində 30 jurnalistin həlak olması ilə 2009-cu ildə öldürülən KIV əməkdaşlarının sayının 68 nəfərə çatdığını bəyan edib. Bu, ötən illərlə müqayisədə rekord hesab olunur. Jurnalistlərin Müdafiə Komitəsi Meksikada mütəşəkkil cinayətkarlıqdan və narkotik maddələrin qanunsuz dövriyyəsindən yazan jurnalistlərin öldürülməsinin ən acınacaqlı hal olduğunu bildirib. Bu il Somalidə 9, Pakistanda 4, Rusiyada 3, Meksika və Şri-Lankada isə hər birində 2 jurnalist qətlə yetirilmişdir. Əfqanıstan, Kolumbiya, Salvador, İndoneziya, Madaqaskar, Nepal, Venesuela və Fələstində də jurnalistlər qətlə yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA