Beynəlxalq insan Hüquqları Günü regionlarda qeyd olunur

img

10-12-2009 [12:57]


Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə 6 rayonda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlayıb. Əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirlərin əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir. Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədi rayonlarında gənclər üçün həyata keçiriləcək təlimlərlə yanaşı, ?Açıq qapı? məsləhət saatları da təşkil ediləcək. Belə ki, hər bir regionda 1 gün olmaqla, müraciət edən şəxslərə hüquqi xidmətlər göstəriləcək. Maarifləndirici tədbirlər çərçivəsində gənclər arasında insan hüquqlarına həsr olunmuş müxtəlif nəşrlər paylanacaq və bir sıra ədəbiyyatlar rayonların mərkəzi kitabxanalarına hədiyyə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA