?Ayan? qəzetinin baz redaktoru Cavid Ələsgəroğlunun məhkəməsi oldu

img

25-11-2009 [06:12]


Bu gün ?Ayan? qəzetinin təsisçi və baş redaktoru, 7GUN.AZ Xəbər Portalının direktoru Cavid Ələsgəroğlunun məhkəməsi keçirilib. ?Viləşçay? Su Anbarının direktoru Ağabəy Ağayevin qaldırdığı iddia əsasında Bakı Apelyasiya Məhkəməsindən keçirilən prosesdə Agabəy Agayevin Apellyasiya Məhkəməsinə Nəsimi rayon Məhkəməsinin 07.10.2009-cu il tarixli qərarının qüvvəyə minməsinə etirazı və məsələnin yenidən arasdırılmasına baxılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Cavid Ələsgəroğlu bildirib ki, hakim tərəflərin barışmasını təklif edib, amma o, bunu rədd edib. ?Nəsimi məhkəməsində haqlı olduğumuzu isbat etmişik. Bunun ardından bizi yenidən məhkəmə müstəvisinə çəkən Ağabəy Ağayevdir. Bu halda onunla barışmağımız heç bir halda mümkün deyil. Əgər məhkəmə istəyirsə və faktla bu işin həllinə çalışırsa, o zaman biz də faktları ortaya qoyub isbat edəcəyik ki, haqlı olan tərəf yenə də bizik?. Baş redaktor daha sonra onu da bildirib ki, indiyə qədər ?Viləşçay? Su Anbarında baş verən neqativ hallarla bağlı yalnız bir faktla bağlı məlumat yayıblar. ?Bundan sonra isə Ağabəy Ağayevin başçılıq etdiyi bu qurumda baş verən bütün qanunsuzluqları ortaya qoyacağıq. Qoy, cəmiyyət də bilsin ki, bizi kim məhkəməyə verib və belə bir şəxsin ümumiyyətlə, məhkəməyə müraciət etməsinə haqqı varmı? Savaşı o istəyir, biz də buna hazırıq?. Ələsgəroğlu sonda onu da qeyd edib ki, onlar məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirlər. ?Nəsimi məhkəməsi bizim haqlı olduğunu qərarı ilə isbatladı. Apelyasiya Məhkəməsinin də bu qərarı qüvvədə saxlayacağına inanırıq?. Xatırladaq ki, Ağabəy Ağayev məhkəmə qarşısında 147,2 maddəsi ilə araşdırma aparılmasını və qəzetin təkzib verməsi ilə yanaşı, həm də baş redaktorun həbs olunmasını istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA