?Gənclər üçün Media Məktəbi?nin yaradılması izinə start verilib

img

25-11-2009 [01:37]


Gənclər üçün Təhsil Mərkəzi noyabrın 25-dən etibarən ?Gənclər üçün Media Məktəbi?nin yaradılması işinə start verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məktəbin yaradılmasında əsas məqsəd gənclərdə media təşəbbüslərini inkişaf etdirmək, onların media ilə əlaqələrini gücləndirmək və gənc nəsildə jurnalistikaya marağı artırmaqdır. Gənclərdə mətbuata marağın artırılması, jurnalistikaya həvəs göstərən gənclərə istiqamətlər vermək, gənclərlə bağlı media orqanlarının yaradılmasını təşviq etmək, gənc jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək və başqa vəzifələri öz üzərinə götürən Məktəb ölkədə fəaliyyət göstərən professional kütləvi informasiya orqanlarının hər biri ilə yaxından əməkdaşlıq edəcək. Məktəb üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün seminarlar, görüşlər, master klasslar, təlimlər və praktiki məşğələlər təşkil edəcək. Eləcə də Məktəbin xüsusi nəşrləri də hazırlanacaq. Qeyd edək ki, Məktəbin əsas hədəf qrupu yaşı 18-dən 29-dək olan gənclərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA