Mətbuat Şurasında uzaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

img

26-10-2009 [04:22]


Oktyabrın 28-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ?Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah? mövzusunda ?dəyirmi masa? keçiriləcək. ?Azərbaycan gəncləri? qəzetinin 90 illik yubileyinə həsr olunan tədbirdə ölkədəki uşaq və gənclər mətbuatının mövcud durumu barədə söhbət açılacaq, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin problemləri və yaradıcılıq xüsusiyyətləri ətrafında diskussiyalar aparılacaq. Toplantıda ekspert və mütəxəssislərin, KİV redaktorlarının və jurnalist təşkilatı təmsilçilərinin iştirakı nəzərdə tutulur. ?Dəyirmi masa? saat 12.00-da Azərbaycan Mətbuat Şurasının ofisində baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA