BDU-nun jurnalistika fakultəsi "Jurnalist" qəzetini buraxacaq

img

23-10-2009 [11:56]


Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi təhsil ocağının 90 illik yubileyi ilə əlaqədar olaraq "Jurnalist" adlı qəzet buraxacaq. BDU-nun jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin verdiyi məlumata görə, oktyabrın 31-də "Jurnalist" qəzetinin 1-ci nömrəsi "525-ci qəzet"in orta səhifəsində "Qəzetdə qəzet" rubrikası ilə çap olunacaq. Qəzet 4 səhifədən ibarət olacaq: "525-ci qəzet" jurnalistika fakultəsinin müəllim və tələbələrinin yaradıcılıq laboratoriyasıdır. Bizə bu qədər kömək göstərən bu laboratoriya həm də bizim qəzetimizi öz qəzetinin içində nəşr etməyə söz verib. "Jurnalist" "525-ci qəzet"in tirajı sayında yayımlanacaq. Tələbələr də özlərinin olan bu qəzetdə yazılar yazacaqlar". C.Məmmədli onu da bildirib ki, qəzetə redaktorluğu hər dəfə müəllimlərdən 1-i həyata keçirəcək. Bir müddətdən sonra isə redaktorluq da tələbələrdən birinə həvalə olunacaq. Qeyd edək ki, bundan sonra "525-ci qəzet" ayda bir dəfə özünün şənbə nömrələrindən birində "Qəzetdə qəzet" rubrikası ilə "Jurnalist" qəzetini çap edəcək. Olaylar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA