?Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri?adlı tədqiqat kitabını hazırdır

img

14-10-2009 [02:09]


?Xəzər ? Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı? İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri?adlı tədqiqat kitabını artıq nəşr etdirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihənin əsas məqsədi qanunun aliliyini təbliğ etməklə dövlətin hüquqi əsasının möhkəmlənməsinə xidmət etmək, cəmiyyətə hüquqa və qanunlara hörmət edilməsi prinsipini aşılamaq, qanunun aliliyinin nəzəri aspektlərini araşdırmaq və təbiətini üzə çıxaırmaq, müasir şərtlərlə ?qanunun aliliyi prinsipinin? aktuallığını yaratmaq və onun inkişafına nail olmaqdır. Qanunun aliliyi təsbit edir ki, dövlət hakimiyyəti yalnız müəyəyn prosedur qaydalarına uyğun qəbul olunmuş, yazılı və ictimaiyyətə bəlli qanunlarla idarə oluna bilər və cəmiyyət, müvafiq qurumlar öz fəaliyyətində yalnız qanunu əsas tutur. ?Bu ideyanın araşdırılması və təbliği yeni müstəqillik qazanmış Azərbaycan cəmiyyətində qanunçuluğun möhkəmlənməsinə və hüquq elminin inkişafına dəyərli töhfə verəcəyini düşünürük?-deyə ?Xəzər ? Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı? İctimai Birliyin sədri hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirib. Sədr həmçinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dövlətimizin qanuni əsaslarının möhkəmləndirilməsi yolunda atılan addımları dəstəkləməsini yüksək qiymətləndirib. Tədqiqat kitabının nəşrinin aktuallığı müasir elmdə qanunun aliliyi prinsipinə marağın olması ilə yanaşı onun tam işlənməməsidir. Bu mövzu ilə bağlı məsələlərə baxılması həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Kitabın yazılması zamanı təşkilat cəmiyyətdə qanunun aliliyi prinsipinə və insan hüquqlarına dair bilik səviyyəsini sorğu əsasında öyrənməyə çalışmışdır. Layihə çərçivəsində təşkilat dövlətdaxili hüquqi sənədlərin və mövzu ilə əlaqəli mövcud vəziyyəti araşdırılmaqla, yanaşı beynəlxalq əlaqələr də qurulub. Xaricdə fəaliyyət göstərən tərəfdaş təşkilatların öz ölkələrində qanunun aliliyi və insan hüquqlarının vəziyyəti ilə bağlı verilən məlumatlardan da istifadə olunub. Sonda rəsmi dövlət strukturlarının, media və QHT təmsilçilərinin iştiraki ilə Hesabat Konfransının keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA