KiV-in inkizafına Dövlət Dəstəyi Fondunun elan etdiyi növbəti müsabiqə baza çatıb

img

13-10-2009 [06:18]


Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalist təşkilatları və mətbuat fondları arasında elan etdiyi müsabiqə başa çatıb. Fondun icraçı direktoru Vüqar Səfərli ?Media forum? saytına qaliblərin adlarını açıqlayıb. V.Səfərlinin sözlərinə görə, müsabiqəyə 8 təşkilat layihə təqdim edib - Milli Jurnalistika Konqresi, Azərbaycan Mətbuat Şurası, Müstəqil Mətbuat Mərkəzi İctimai Birliyi, ?Doktrina? Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi, Nəcəf Nəcəfov Maarifçilik və Xeyriyyə Fondu, Elektron Mediaya Yardım Fondu, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi. Layihəsi keçən təşkilatlar bunlardır: Milli Jurnalistika Konqresi, Nəcəf Nəcəfov Fondu, Mətbuat Şurası, Elektron Mediaya Yardım Fondu. Fondun elan etdiyi müsabiqə bu istiqamətləri əhatə edirdi: 1. Milli mətbuat tarixinin araşdırılması və mətbuat antologiyasının hazırlanması; 2. Müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması; 3. Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə treninqlərin təşkili (dövri mətbuatda işləyənlər üçün); 4. Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə treninqlərin təşkili (televiziya və radio işçiləri üçün). Milli Jurnalistika Konqresi 1-ci, Nəcəf Nəcəfov Fondu 2-ci, Mətbuat Şurası 3-cü, Elektron Mediaya Yardım Fondu 4-cü istiqamət üzrə qalib olub. V.Səfərli ilin sonuna kimi jurnalistlər arasında fərdi müsabiqənin də keçiriləcəyi bildirib: ?Fondumuzun Müşahidə Şurasına müsabiqə barədə təklifləri mənə təqdim etmələrini tapşırmışam. Müşahidə Şurası müsabiqənin konkret hansı istiqamətlər, mövzular əsasında keçiriləcəyini müəyyən etməlidir. İşlər gedir və ilin sonuna kimi biz jurnalistlər arasında müsabiqə də elan edəcəyik?. Jurnalist təşkilatları və mətbuat fondları üçün müsabiqə oktyabrın 1-də elan olunmuşdu. Hər layihə üçün maksimum məbləğ 20 min manat həcmində müəyyən edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA