Diffamasiya ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

img

13-10-2009 [05:19]


Bu gün Media Mərkəzində ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında şərəf, ləyaqət və işgüzar nüfuzun qorunmasına aidiyyatı olan maddələrin təhlili ilə bağlı ATƏT ekspertlərinin və ?Yeni Nəsil? Jurnalistlər Birliyi mütəxəssislərinin araşdırmaları əsasında tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Arif Əliyev bildirib ki, uzun illər Azərbaycanın diffamasiya haqqında qanunvericiliyinin dəyişdrilməsi ilə bağlı həm yerli, həm də beynəlxalq təşkilatların tələblərinin, xahişlərinin və müraciətlərinin şahidi olmuşuq: ?Bu, qaldırılan media qanunvericiliyi sahəsində ən vacib məsələlərdən biridir. Mənə elə gəlir ki, bu istiqamətdə addım atmağın vaxtı çatıb. ?Diffamasiya haqqında? qanunvericiliyin hazırlanması təşəbbüsündə bir neçə təşkilatların əməyi çox böyükdür və hər biri bu sahədə öz tövsiyəsini verib. Eyni zamanda təxminən 3 il ərzində ?Yeni Nəsil?in təşəbbüsü ilə çox hazırlıqlı Ekspert Qrupu bir qanun layihəsi hazırlamışdır. Həmin layihə 2 dəfə beynəlxalq ekspertizadan keçmişdir. Son günlər aktuallaşmış həbs cəzası və cinayət məsuliyyəti ilə bağlı işlərin artmasını əsas götürüb, qərara gəldik ki, bu qanun layihəsini rəsmi şəkildə Milli Məclisə təqdim etmək üçün millət vəkillərinə müraciət edək. Azərbaycanın ?Diffamasiya haqqında? qanun layihəsi bir neçə millət vəkilləri tərəfindən Parlamentə rəsmən təqdim olundu. 637 qeydiyyat nömrəsi ilə Parlament layihəni qəbul edib. Arzulayıram ki, 637 nömrəsi Azərbaycan jurnalistləri üçün düşərli olsun. İlk olaraq, bu layihənin Parlamentə təqdim olunmasında qanunvericilik təşəbbüsü yalnız millət vəkillərindədir, layihənin təqdim olunmasında göstərdiyi böyük köməyə görə millət vəkilləri Cəmil Həsənliyə, Vahid Əhmədova, Sabir Rüstəmxanlıya, Fazil Qəzənfəroğluya dərin təşəkkürümü bildirirəm?. Arif Əliyevin sözlərinə görə, bu layihənin keçməsini istəyən yalnız dörd nəfər millət vəkili deyil, bir çox insanların da layihəyə münasibəti müsbətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA