Bakıda çeçen jurnalist saxlanılıb

img

13-10-2009 [11:57]


Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çeçen jurnalist saxlanılıb. Bu barədə "Qruziya Online" agentliyi məlumat yayıb. Məlumata görə, jurnalist Asya Umarovanın saxlanma səbəbləri məlum deyil. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov onda bu barədə məlumatın olmadığını bildirib. Bakı şəhər Baş Polis İdarəsindən isə ANSPRESS-ə bildirildi ki, quruma bu barədə məlumat daxil olmayıb. Qeyd edək ki, A.Umarovanın bu günlərdə Tiflisdə Abxaziyanın Media Mərkəzi (Gürcüstanyönlü) tərəfindən təşkil olunmuş ?Jurnalistlər sülh uğrunda? treninq-seminarında iştirak edib. Seinarda jurnalsitlərə "Münaqişə bölgələrində iş metodları" mpvzusunda mühazirələr oxunub. Seminara Qafqazın müxtəlif regionlarından da müxbirlər qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA