Rəhim Hüseynzadə: ?Mətbuat Şurası həbs edilən jurnalistlərlə bağlı əlindən gələni əsirgəmir?

img

09-10-2009 [02:11]


?Həbs edilən jurnalistlərlə bağlı Mətbuat Şurasına müraciətlər edilib və Şura həmin jurnalistlərlə maraqlanır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib. Bildirib ki, Mətbuat Şurası əksər hallarda operativ azadolunmalara nail olub: ?Hər hansı jurnalistin həbsi Mətbuat Şurası üçün çox həssas məsələdir. Mətbuat Şurası həbs edilən və ya yenicə həbsə məhkum olunan jurnalistlər üçün əlindən gələni əsirgəmir?. R.Hüseynzadə həm də mətbu orqanlarda monitorinqlərin aparılması məsələsinə toxunaraq, deyib ki, bu, Mətbuat Şurasının əsas iş prinsiplərindən biridir: ?Qanunu pozmuş, etikaya sığmayan yazılar dərc etmiş mətbu orqanlarla bağlı müraciətlər olunur. Biz də Mətbuat Şurası olaraq, belə qanunsuzluqlara göz yuma bilmərik. Çünki həmin qanun pozuntularının sonu məhkəmələrdə bitir. Ona görə də belə məsələlərin qarşısını almaq üçün öz tövsiyələrimizi veririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA