?Yeni Müsavat? qəzetində narazılıq yaranıb

img

08-10-2009 [07:11]


?Yeni Müsavat? qəzetinin əməkdaşı Əfqan Muxtarlı işdən çıxarılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ə.Muxtarlı işdən qanunsuz çıxarıldığını bildirib və bunu Müsavat Partiyasının üzvü olması ilə əlaqələndirib. Ə.Muxtarlının sözlərinə görə, uzun müddətdir ki, Müsavat Partiyasının üzvləri qəzet rəhbərliyi tərəfindən sıxışdırılır, müxtəlif bəhanələrlə qanunsuz olaraq işdən azad olunur: ?Onu da nəzərə çatdırım ki, son 25 gün ərzində üçüncü adamam ki, Müsavat üzvüyəm və ?Yeni Müsavat?dan qanunsuz olaraq, çıxarılmışam. Məndən əvvəl Leyla Əliyeva ilə Züleyxa Əliyeva müsavatçı olduqları üçün heç bir əsas göstərilmədən işdən çıxarılıblar. Ümumiyyətlə, bir il ərzində beş nəfər müsavatçı olduğuna görə qəzetdən uzaqlaşdırılıb. Mənim işdən çıxarılmağım Emin Milli və Adnan Hacızadə ilə bağlı ?Yeni Müsavat?da dərc olunan manşet məqaləsi ilə bağlıdır. Həmin məqaləylə bağlı ?Azadlıq? qəzeti məndən münasibət öyrənmişdi, bildirmişdim ki, həmin məqalə hakimiyyətin sifarişi ilə yazılıb və dərc olunub. Ondan sonra məni bir neçə dəfə işdən çıxarmağa cəhd göstəriblər. Guya mən redaksiyanın əmlakını dağıdıram. Bu bəhanələr sübuta yetirilmədikdə məzuniyyətə göndərildim. Mənzuniyyətdən qayıtdığım 15 gün deyil ki, dünən qanunsuz qərarla işdən azad olundum. Srağagün qəzetin planlaşmasında Azər Ayxan adətinə uyğun olaraq, müxalifət, konkret olaraq Müsavat Partiyası və başqan İsa Qəmbər haqqında təhqiramiz ifadələr işlətdi. Eyni zamanda Azərbaycan müxalifətinin meydanda olmadığını, qorxaq olduğunu qeyd etdi. Mən etirazımı bildirdikd isə aramızda mübahisə yarandı, mən də həmin iclası tərk elədim. Səhərisi Rauf Arifoğlu qəzetin redaktorları ilə yığıncaq keçirərək, mənim işdən azad olunduğumu elan etdi. Amma Əmək Məcəlləsinin hansı məcəlləsi ilə işdən azad olunmağım barəsində mənə heç bir sənəd verilməyib?. Qəzetin təsisçisi İsa Qəmbərə məsələylə bağlı müraciət edib-etmədiyinə gəlincə, Ə.Muxtarlı ?İsa bəy dəfələrlə bəyan edib ki, qəzetin formal təsisçisidir. Amma o, formal təsisçi olsa da, məsuliyyət daşıyır. Qəzetdə baş verən qanunsuzluqlara konkret münasibət bildirməlidir. Mənim nəyinki İsa Qəmbərə, o cümlədən məhkəmələrə, beynəlxalq təşkilatlara, Mətbuar Şurasına müraciət etmək fikrim var. Sadəcə olaraq, Rauf Arifoğlunun mənim işdən çıxarılmağım haqqında əmrini gözləyirəm?,- söyləyib. ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu MİA-ya açıqlamasında Ə.Muxtarlının dedikləri ilə razılaşmayıb. Onun sözlərinə görə, Ə.Muxtarlı Müsavat Partiyasının üzvü olduğuna görə deyil, redaksiyada davamlı konflikt yaratdığı və qəzetin bir neçə əməkdaşını təhdid etdiyi üçün sonuncu xəbərdarlıqdan sonra işdən çıxarılıb: ?Bir şeyi nəzərinizə çatdırım ki, Əfqan Muxtarlı ay yarım əvvəl işdən çıxarılmışdı, amma mən qəzet rəhbərliyindən xahiş etdim və dalaşdığı şəxslə barışdırdım. Kollektivin içində də dedim ki, bu sənin üçün son xəbərdarlıqdır və sənin limitin bitdi. Demək olar ki, qəzet rəhbərliyindən məndən başqa hamı ilə konfliktdə olub. Bundan başqa səbəb yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA