MTN "Poliqon" informasiya Agentliyinin baz redaktor müavinini həbs edib

img

08-10-2009 [02:22]


"Poliqon" İnformasiya Agentliyinin (PİA) baş redaktorunun müavini Ravil Məmmmədov MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Bu barədə Qaynar.info-ya PİA-nın baş redaktoru Şahin Ağabəyli məlumat verib. Baş redaktor həbsin səbəbləri və R.Məmmədlinin hazırda harada saxlanması barədə əlavə məlumata malik olmadığını bildirib. Əlavə edib ki, hazırda onun da həbs olunması üçün əməliyyat tədbirləri keçirilir: "Buna görə də redaksiyanı tərk etmişəm və tez-tez yerimi dəyişirəm. Hüquq müdafiəçilərindən, mediadan, səfirliklərdən dərhal reaksiya vermələrini rica edirəm. Hazırda heç kimlə əlaqə saxlamaq imkanlarına malik deyiləm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA