?Azadlıq? radiostansiyasının siqnallarını batıracağıq!"

img

08-10-2009 [11:36]


Abxaziya rəhbərliyi ?Azadlıq? radiostansiyasının siqnallarını batırmağa söz verib. Lent.az-ın ?İTAR-TASS? agentliyinə istinadən verdiyi məlumata görə, abxazlar radionun icazəsiz yayımına icazə verilməyəcəyini bildiriblər. Xatırladaq ki, ?Azadlıq? radiosunun nümayəndəsi Martines Zvaners bəyanatla çıxış edərək Abxaziya və Cənubi Osetiya ərazisinə yayım başlamaq niyyətində olduqlarını bildirib. Yayım noyabrın 2-də başlayacaq və hər gün rus dilində efirə xəbərlər veriləcək. Proqramların hazırlanmasında hər iki separatçı ?respublikanın?, eləcə də Rusiya və Gürcüstanın jurnalistləri iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA