tia.az saytı fəaliyyətə bazlayır

img

06-10-2009 [05:45]


Bu gündən etibarən interentdən istifadə edən oxucularımız daha bir saytla tanış olmaq imkanı əldə edəcəklər. Tanınmış jurnalist, ?Yeni Yol? qəzetinin baş redaktoru Əlişir Əhəd oxucularıyla tia.az saytı vasitəsi ilə görüşəcək. Bu barədə Müstəqil İformasiya Agentliyinə məlumat verən Əlişir Əhəd bildirib ki, hal hazırda saytın qurulması prosesi başa çatıb və ilkin sınaqlar keçirilir. Onun sözlərinə görə, tia.az saytı bazar ertəsindən, yəni bu gündən etibarən oxucuların ixtiyarında olacaq. ?Bizim yaratdığımız yeni saytın digərləri ilə eyniyyət təşkil etməməsi üçün bütün qüvvəmizi ortaya qoyacağıq. Çalışacağıq ki, həm operativ, həm də obyektiv məlumatları vaxtında oxucuya çatdıraq. Bunun üçün geniş imkanlarımız və potensialımız var?. Tia.az saytında bir sıra yeniliklərin olacağını da diqqət mərkəzinə çəkən tanınmış jurnalist qeyd edib ki, bu yeniliklərdən biri də millət vəkillərinə tribuna verilməsi olacaq. ?Bizim saytın adının açılışı Tribuna İnformasiya Agentliyidir. Qərara almışıq ki, millət vəkillərinə tribuna verək. Ciddi araşdırmalarımız, maraqlı informasiyalarımız da oxucularımızın diqqətini çəkəcək. Bütün sahələrdə ən son yenilikləri də hamıdan əvvəl onlara çatdırmağı özümüzə borc bilirik. Ona görə də, inanırıq ki, tez bir zamanda hamının rəğbətini qazanaraq, ölkədə birinci xəbər portalı olmağı bacaracağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA