Azərbaycanda ermənicə də xəbər yayımlayan televiziya fəaliyyətə bazladı

img

05-10-2009 [02:32]


Azərbaycanın ilk beynəlxalq televiziyası olan ?ATV İnternational? (?ATV İnt?) bu gün saat 14.00-da fəaliyyətə başlayıb. Bu barədə APA-ya ATV-nin ?Xəbərlər? departamentinin baş redaktoru Vaqif Aydınoğlu məlumat verib. Onun sözlərinə görə, ?ATV İnt? müntəzəm olaraq 4 dildə - erməni, fars, ingilis və rus dillərində xəbər yayımlayacaq. Xəbər buraxılışları hər gün, gündə iki dəfə olmaqla efirə veriləcək. V.Aydınoğlu deyib ki, xəbərlər ?ATV news? kimi təqdim olunacaq və aparıcısız olacaq. ?Bu televiziyaya da digər Azərbaycan kanalları kimi ?Türksat-3A?-da baxmaq mümkün olacaq?, - deyə V. Aydınoğlu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA