Yabançı fond vətəndazlarımızın gəlirini arazdırır

img

02-10-2009 [03:29]


Bu gün Media Mərkəzində mərkəzi ofisi Niderlandda yerləşən ?Wagelndicator? fondunun direktoru Paulien Osse və MDB ölkələri üzrə layihə meneceri Taisa Bandarenka Azərbaycanda əhalinin sosial vəziyyəti, digər ölkələrlə müqayisəsi, o cümlədən qadınların əmək haqları, Həmkarlar İttifaqının işi və www.qazancim.az saytının təqdimat ilə əlaqədar mətbuat konfransı keçiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?Wagelndicator? fondunun direktoru Paulien Osse açaraq deyib ki, bu layihəni ərsəyə gətirməkdə, saytı açmaqda məqsədləri dünya ölkələrində gəlirlər haqqında lazımi qədər məlumatın olmamasıdır: ?Məlumatın olmamasına görə, Amsterdam Universiteti ilə birgə bu layihəni kerçəkləşdirməyə qərar verdik. Layihə Hollandiyada başlanıb, Holland Həmkarlar İttifaqı (FNV) və Amsterdam Universiteti qadınlara kömək məqsədilə öz məvaciblərini oxşar peşələrdə çalışan kişilərin məvacibi ilə müqayisə etmək mexanizmi kimi nəzərdə tutulub. Həmin vaxtdan sonra müstəqil layihə kimi inkişaf etmiş, tibb bacısı, bankir, dəzgahçı və s. peşə sahibləri tərəfindən istifadə olunmağa başlanılmışdır. Fəaliyyət göstərdiyimiz ölkələrdə müxtəlif sahələrdə ixtisaslı insanların gəlirlərinin nə qədər olmasını öyrənir və öyrəndiyimiz gəlirləri başqa ölkələrlə müqayisə edirik. Bu əməliyyatı saytda yerinə yetirmək üçün hazır sorğunun doldurmağı xaiş edirik. Bütün məlumatlar toplandıqdan sonra saytda maaş və ya qazanc kalkulyatorunda bütün ölkələrdəki gəlirlərin nəticəsi toplanacaq?. Tədbirdə səslənib ki, bu layihə 2001-ci ildə Hollandiyada, 2004-cü ildə Avropa ölkələrində, 2008-ci ildən isə Belarus, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərməyə başlayıb. ?Wagelndicator? fondu isə tədqiqat şəbəkəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA