?Kütləvi informasiya vasitələrinə dəstək: mövcud prinsiplər və alternativlik? mövzusunda ?dəyirmi masa? keçiriləcək

img

01-10-2009 [05:12]


Sabah Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ?Kütləvi informasiya vasitələrinə dəstək: mövcud prinsiplər və alternativlik? mövzusunda ?dəyirmi masa? keçiriləcək. Şuranın ofisində təşkil olunacaq tədbirdə KİV-ə dəstəyin dünya təcrübəsində rast gəlinən xüsusiyyətləri, bilavasitə dövlət dəstəyinə dair forma və prinsiplər, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti və digər cəhətlər müzakirə ediləcək. Toplantıda Azərbaycandakı beynəlxalq təşkilatların - ATƏT-in, Avropa Şurasının, Avropa Komissiyasının və başqalarının, media sahəsində fəaliyyət göstərən xarici fondların, ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndələrinin, həmçinin KİV redaktorlarının və jurnalistlərin iştirakı nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA