Universitetdə rüzvət tələb olunan tələbənin iddiası üzrə məhkəmə prosesi keçirilib

img

01-10-2009 [03:00]


Dünən Yasamal rayon məhkəməsində hakim Raqif Qurbanovun sədrliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi Röyal Cəbiyevin təhsil aldığı ali məktəbə qarşı vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, prosesdə Röyal Cəbiyevi anası Mehriban Hüseynova, ADMİU-nu isə prorektor Rafiq Sadıqov təmsil edirdi. Mehriban Zeynalova çıxış edərək bildirib ki, Röyal Cəbiyev hələ birinci kursada oxuyarkən onunla bir qrupda təhsil alan Canana Zeynalova ilə birlikdə ixtisaslarını dəyişmək üçün rektora müraciət edib. Lakin Canana Zeynalovanın ixtisası dəyişdirildiyi halda, Röyal Cəbiyevə ?Musiqili teatr aktyoru? ixtisası ilə ?Musiqili teatr rejissoru? ixtisası arasında fərqin böyük olduğu və köçürmə üçün əsaslı səbəb olmadığı əsas gətirilərək köçürmənin mümkünsüz olduğu bildirilib. Sonrakı müraciətlərə də eyni məznunlu cavab verildiyindən R. Cəbiyev Təhsil Nazirliyinə müraciət edib. Təhsil Naziriyinin şöbə müdiri İlham Mustafayev ADMİU-nun prorektoru Rafiq Sadıqov və R. Cəbiyevin anası Mehriban Hüseynova ilə görüşü zamanı bildirib ki, tələbə əsaslı səbəb kimi ?yaxşı? və ?əla? qiymət aldığını göstərdiyindən onun ixtisasının dəyişdirilməsi üçün kifayət qədər əsas var: ?Başqa çıxış yolu qalmayan Universitet rəhbərliyi oğlumun ?yaxşı? qiymət almasına baxmayaraq ona qarşı oyun qurub təkrar imtahanda ?qeyri kafi? qiymət yazdılar və bundan sonra akademik borcu bəhanə edərək köçürmənin mümkün olmadığını bildirdilər?. Daha sonra M. Hüseyno?a bildirdi ki, köçürmə ilə bağlı Aktyor sənəti fakultəsinin dekanı Ötkəm İskəndərovla görüşərkən dekan ona bu məsələdən ötrü prorektor Rafiq Sadıqovu ?görmək? lazım olduğunu bildirib: ?Ötkəm İskəndərov köçürmənin üç min manata alınacağını deyəndə mən o qədər pulum olmadığını bildirdim. Bu zaman dekan mənə təklif etdi ki, prorektorla danışıb qiyməti aşağı salmaq olar?. ADMİU-nun prorektoru R. Sadıqov isə çıxışında bildirdi ki, M. Hüseynovanın dedikləri həqiqəti əks etdirmir. Belə ki, R. Cəbiyevə ?yaxşı? qiymət Təhsil Nazirliyinin kuratoru İradə Quliyevanın tapşırığı əsasında yazılıb. Lakin tələbənin valideyni qiymətlə razılaşmadığı üçün yenidən imtahan təşkil olunub və R. Cəbiyev suallara cavab vermədiyi üçün ona ?qeyri-kafi? qiymət yazılıb. Bu zaman M. Hüseynova bildirdi ki, onlar ?yaxşı? qiymətdən narazı qalmayıblar: ?Azərbaycan Ədəbiyyatı tarixindən imtahan götürən Vəfa Əliyev oğluma əvvəlcə ?yaxş?ı yazdığını bildirsə də, həmin qiyməti ?Qiymət Kitabçasına? qeyd etməyib. Bir gün sonra isə ona ?qeyri-kafi? yazıldığını bildirəndən sonra biz yenidən imtahan təşkil olunmasını istəmişik?. Daha sonra iş üzrə şahidlər dindirilib. Növbəti proses 5 oktyabr saat 16:00-a təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA