Milli Net 2009 müsabiqəsinin zərtləri açıqlanıb

img

30-09-2009 [05:02]


Bu gün ?Multi Media? İnformasiya Sistemləri və Texnologiya Mərkəzinin sədri Osman Gündüz Azərbaycan İnternet Formu tərəfindən Milli Net-Milli İnternet Mükafatının təsisi edilməsi ilə bağlı tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Osman Gündüz deyib ki, mükafat hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə təqdim ediləcək: ?Milli-Net müsabiqəsinin keçirilməsində əsas məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir?. O.Gündüzün sözlərinə görə, iki mərhələdə keçiriləcək səsverməyə internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münfislər heyəti nəzarət edəcək. Münsiflərə hər hansı aidiyyatı olan saytların müsabiqədə iştirakına yol verilmir. Müsabiqədə 11 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı-hörümçək əks olunan buta təqdim olunacaq. Milli Net-2009 müsabiqəsində iştirak etmək istəyənlər saytlarını 01 oktyabr 2009-cu il tarixindən başlayaraq qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşır. İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədi ilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Milli Net müsabiqəsinə HP, ?Azercell?, ?Delta Telecom? şirkətləri dəstək verirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA