?Əks-səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi qadınların problemlərini müzakiryə çıxardı

img

30-09-2009 [03:02]


Bu gün ?Əks-səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ?Qadın problemləri: mövcud vəziyyət və çıxış yolları? layihəsi çərçivəsində ?Cəmiyyətdə qadın problemlərinin təzahür formaları: KİV-lərini mövcud reallıqlara baxışı? mövzusunda dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?Əks-səda? Mərkəzinin rəhbəri Sevinc Kərimova açaraq, gördükləri işlərdən danışıb: ?Həm Bakı şəhərində, həm də rayonlarda tədbirlər keçirib, qadınlar arasında sorğular apardıq. Müxtəlif mənbələrdən qadınların problemlərini öyrənməyə çalışdıq. Bu gün bura toplaşmağımızın səbəbi qadınların məşğulluq problemlərini müzakirə etməkdir?. S.Kərimovanın sözlərinə görə, qadınların elə problemləri var ki, hətta onların özləri də həmin problemləri ifadə etmək istərmirlər: ?Həmin problemlərlə üzləşən qadınlar həm mənəvi sarsıntılar keçirir, həm də ailələrində narazılıqlar yaranır. Amma onu da nəzərinizə çatdırmaq istərdim ki, bizim üçün adi gələn problemlər bəzi qadınlar üçün həlledilməzdir. Qadınların daha çox üzləşdiyi problemlərdən biri də işsizlikdir?. Xatırladaq ki, tədbirdə Baş Məşğulluq İdarəsinin baş məsləhətçisi Nəsimi Süleymanov, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin nümayəndəsi Cəmilə Səmədova, Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova da çıxış edərək, həmin məsələlərə dair müzakirələr apardılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA