Qazaxıstanda Quranın bəzi surələri qadağan edildi

img

29-09-2009 [02:21]


Bu ilin iyul ayında Qazaxıstanın Ədliyyə Nazirliyi və Prokurorluğu bəzi həbs edilmiş dəstələrin əlində olan kitab, broşurla yanaşı bəzi Quran surələri ekstremist material siyahısına salınıb. İslam-Azeri.az internet qəzetinin istinadlı xəbərinə görə Qazaxıstan höküməti İslam əleyhinə qərar qəbul edib. Qazaxıstanın Ədliyyə Nazirliyinin rəsmi saytında bu barədə qərarda dərc edilib. Astana məhkəməsinin bu qərarında Radikal Vəhabiliyin, "Müsəlman qardaşlar" təşkilatı və "Hizbut Təhrir" partiyasının təbliğ etdiyi kitablar, broşurlar və audio yazılar ekstremist materiallar hesab edilərək təbliği qadağan edilib. Qadağan edilən audio yazılarda, "Əhqaf", "Muhəmməd", "Fəth", "Hucurat", "Kəhf", "Mülk", "Qələm", "Əl Həqqa", "Məaric", "Nuh", "Cin", "Müzəmmil", "Müdəssir", "Qiyamət", "İnsan", "Mürsəlat", "Əl Bəqərə" surələri Şeyx Mişari Rəşid tərəfindən qiraət edilib. Qazaxıstan əhalisinin əksəriyyətinin müsəlman olan ilk ölkədir ki, Quran surələrini qadağan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA