Ölkəmiz gələcəkdə zirin su qıtlığından əziyyət çəkə bilər

img

28-09-2009 [02:53]


Bu gün Azərbaycan Media Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şursanın maliyyəsi ilə ?Davamlı İnkişaf Cəmiyyəti? tərəfindən Suyun qorunması və səmərəli istifadəsi ilə bağlı sosial videoçarxın təqdimatı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Davamlı İnkişaf Cəmiyyəti?nin sədri Fikrət Cəfərov televizalarda sosial xarakterli reklamların verilməsinin zəruri olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bu, elə bir reklam olmalıdır ki, cəmiyyətimizin əsas problemlərini ifadə edə bilsin: ?Biz 30 saniyəlik videoçarxla çalışdıq ki, fikrimizi müəyyən qədər ictimaiyyətə çatdıraq. Əgər şirin sudan səmərəli istifadə etməsək, ölkəmiz də gələcəkdə su qıtlığından əziyyət çəkə bilər. Bu gün moykalarda, məişətdə sudan qənaətsiz istifadə edirik. Çalışmalıyıq kimi bu kimi vasitələrlə vətəndaşları maarifləndirə bilək?. Videoçarxın redaktoru Orxan Cabbarov isə bildirib ki, belə çarxların hazırlanmasında mütləq ekoloqlarla məsləhətləşmək lazımdır. Redaktorun fikrincə, Azərbaycan qonşu ölkələrlə müqayisədə su ilə az təmin olunub: ?Bir çox ölkələr su problemi ilə yaşayır. Ona görə də biz, suya daha çox qənaət etməliyik?. Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvü Pənah Muradov isə deyib ki, dünyada 2 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir: ?Bizim suların 68 faizi trans sulardır. Ermənistan bir çox müqavilələrə qoşumadığına görə, Azərbaycana gələn sulara tullantılar axıtmaqla şirin su ehtiyatımızı korlayır. Bundan əlavə, Azərbaycanın bu məsələdə birbaşa cavabdeh olan rəsmi strukturları var ki, problemə laqeyd yanaşırlar. Ona görə də bu məsələ ətrafında vətəndaşlar başda olmaqla, bütün aidiyyatı orqanlar məsuliyyətli olmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA