Azərbaycan mediasının durumu beynəlxalq təzkilatı qane etmir

img

24-09-2009 [05:41]


Bu gün Azərbaycan Media Mərkəzində Dünya Qəzetçilər və Qəzet Assosiyasının nümayəndə heyətinin Azərbaycana üç günlük səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Dünya Qəzetçilər və Qəzet Assosiyasının Parisdəki qərargahının baş rəhbəri Timoti Boldun son bir neçə ildir ki, Azərbaycan mediasında baş verən proseseləri yaxından izlədiklərini bildirib: ?Başlıca olaraq, bizi narahat edən məsələ ölkədə güclü, azad mətbuatın inkişaf etməməsi və jurnalistlər üçün təhlükəli iş mühitinin olmasıdır. Qısa üç günlük səfərimiz ərzində çalışdıq ki, müxtəlif qurum və təşkilatlarla, hökumət və qeyri-hökumət nümayəndələri ilə, o cümlədən jurnalistlərlə görüşək və ölkələ baş verən hadisələrlə bağlı müxtəlif fikirlər öyrənək. Biz çox istərdik ki, həbsdə olan üç jurnalistin azadlığa buraxılması təmin edilsin. Bundan əlavə, hazırda məhkəmə prosesi gedən iki bloggerin azadlığa buraxılması və onlara bəraət qazandırılması mümkün olsun. Biz, jurnalistlərə qarşı fiziki hücum və digər təhlükələrin aradan qaldırmasını görmək istəyərdik. Ümid edirik ki, jurnalistlərə qarşı təhlükə törədən şəxslər məhkəmə qarşısında layiqli cəzalarını alacaqlar?. T.Boldunun sözlərinə görə, hökumət söz verib ki, diffamasiyanın cinayətsizləşməsi həyata keçiriləcək: ?Biz düşünürük ki, müasir və demokratik dövlətə məxsus qəzet və jurnallar olmasın. Bundan əlavə, yayımlanmada da dövlətin üstünlüyü olmasın. Demək olar, 20 ilə yaxındır ki, siz müstəqillik əldə etmisiniz. Təəssüflər olsun ki, hələdə burada sərbəst və ya müstəqil mətbuatın yaranmasını görmürük. Azərbaycanda yazılı mətuatın inkişaf etdirilməsi ilə bağlı hələ çox işlər görülməlidir. Biz bu gün Prezident Administrasiyasında Əli Həsənovla görüşmüşük. Ondan çox xahiş etdik ki, bizim sözlərimizi prezidentə çatdıraraq bildirsin ki, həbsdə olan 3 jurnalist dərhal azadlığa buraxılsın və 2 bloggerin məhkəmə prosesi dayandırılsın. O da təbii ki, bizim bu təklifimizin reallaşacağını bildirdi. Cənab Həsənov bizə dedi ki, növbəti 3 il ərzində burada mediada çox böyük dəyişikliklər görəcəyik. O, bizə bununla bağlı bir nümunə kimi çap mediasının inkişaf etdirilməsi üçün fondun yaradılmasını göstərdi. Cənab Həsənov təsdiqlədi ki, diffamasiyanın cinayətsizləşdirilməsi baş verəcək. O dedi ki, jurnalist peşəkarlığının artırılması ilə bağlı bir çox işlər görüləcək. Bundan əlavə, söz verdi ki, az səviyyədə inkişaf etmiş reklam bazarının dirçəlməsi üçün işlər də görüləcək. O, həm də dedi ki, hökumətin mediaya qarşı heç bir təzyiqi yoxdur. Ümumiyyətlə, biz hesab edirik ki, Azərbaycanda demokratik və müstəqil mediya inkişaf etməyincə, sizin ölkəniz heç vaxt sivil və müstəqil dövlətlər arasında yer almayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA