Ortaq türk televiziyasının yaradılması Bakıda müzakirə olunacaq

img

24-09-2009 [12:21]


Sentyabrın 28-29-da Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TDPA) sammiti keçiriləcək. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib ki, bu tədbirdə Assambleyanın təsisçisi olan dörd dövlətin ? Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri səviyyəsində nümayəndə heyətləri iştirak edəcəklər. Özbəkistan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı da istisna edilmir. Sammitdə TDPA-nın katibliyi yaradılacaq və katiblik Bakıda yerləşəcək. Konkret gündəlik isə tədbirin ilk iclasında müəyyənləşəcək. N.Cəfərov onu da qeyd edib ki, TDPA-ya digər türk dövlətlərinin, daha doğrusu, Rusiyanın tərkibində olan türkdilli muxtar respublikaların, o cümlədən qaqauzların, krım tatarlarının, uyğurların parlament təmsilçilərinin cəlb edilməsi mümkündür: ?TDPA təsis olunarkən bu məsələ də diqqət mərkəzində olub. Düşünmüşdük ki, onlar da bu təşkilatın tədbirlərinə dəvət olunsunlar. Hər halda, görünür, bu yeni bir mərhələ ola bilər və olacaq. Yəni, ilk mərhələdə sırf müstəqil dövlətlər təmsil olunur, sonrakı mərhələdə isə, əlbəttə, Tatarıstan, Başqırdıstan, Yakutiya (bunlar yarımüstəqil dövlətlərdir) və digər türkdilli respublikalar təmsil oluna bilərlər. Çünki onların da parlamentləri, qanunvericilik orqanları mövcuddur. Bununla yanaşı, Çin və İran parlamentlərində təmsil olunan uyğurlar, azərbaycanlılar varsa, onlar da gələcəkdə TDPA-nın tədbirlərinə qatıla bilərlər. Amma hələlik belə bir mexanizm yoxdur?. N.Cəfərov türk dövlətlərinin ortaq televiziyasının yaradılması məsələsinə də aydınlıq gətirib. O deyib ki, hazırda ?TRT-Avaz?, o cümlədən ?TRT-Türk? kanalları müəyyən işlər görürlər: ?Ancaq ortaq televiziya odur ki, o, mütləq bir şəkildə bütün türk xalqlarının televiziya maraqları səviyyəsində olsun və bütün türk dünyasının televiziya siyasəti kimi ortaya çıxsın. Burada da əsas yükü hələlik ən münasib olan Parlament Assambleyası öz çiyninə götürə bilər. Yəni, bu məsələyə də TD PA-nın Bakı sammitində baxıla bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA