Arif Əliyev yeni saytın təqdimatını keçirdi

img

18-09-2009 [05:02]


Bu gün Media Mərkəzində ?Yeni Nəsil? Jurnalistlər Birliyi Demokratik Azərbaycan Mediası (www.dam.az) adlı yeni saytını ictimaiyyətə təqdim edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev açaraq, deyib ki, bu gün Azərbaycan müstəqil dövlət kimi dünyaya açılmaq istəyir: ?Ölkəyə xarici jurnalistlərin gətirilməsi, onların gətirilmə məbləğləri kifayət qədər vəsait tələb edir. Amma bizim çox böyük resurumuz var ki, biz, həmin resursdan xəbərsizik. Bu resurslar dünyaya çıxan Azərbaycanın Kütləvi İnformasiya Vasitələridir. Onu da demək istəyirəm ki, Avropada bir neçə radio kampaniyalarımız mövcuddur. Yəni bunlar azərbaycanlıların rəhbərlik etdiyi şəxslərin açdıqları radiolardır. Başqa ölkələrdə yaşayıb, media sahəsində çalışan həmvətənlərimiz Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsi üçün böyük işlər görmək imkanı və həvəsinə malikdirlər. Saytın əsas məqsədi də xaricdə yaşayan azərbaycanlıların yaratdıqları Kütləvi İnformasiya Vasitələrinin, həmçinin dünya ölkələrinin media qurumlarında səlahiyyət sahibi olan azərbaycanlı jurnalistlərin vahid kommunikasiya şəbəkəsində birləşdirilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və Azərbaycanın milli maraqlarına xidmət edən vəzifələrin həyata keçirilməsi üçün yaradılan bir saytdır. Bu məqsədə nail olmaq üçün ilkin olaraq, 4 mərhələ əsasında konkret vəzifə qoyulur; Bunlar dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan media vasitələrinin müəyyənləşdirilməsi, onların öyrənilməsi və vahid xəritəsinin yaradılması, həmin informasiya orqanlarının rəhbərlərinin iştirakı ilə Bakıda media-forumun keçirilməsi, onların əlaqələndirmə mərkəzinin yaradılması; Azərbaycanın dünyada daha yaxşı tanıdılması və mövqeyinin gücləndirilməsi üzrə ortaq media strategiyasının hazırlanması, Azərbaycan diasporasının formalaşdırılmasında xarici ölkələrdəki Azərbaycan media vasitələrinin rolunun gücləndirilməsi kimi məsələlərdir?. A.Əliyevin sözlərinə görə, ilk olaraq xaricdəki azərbaycanlı media mənsubları və jurnalistlər barədə Diaspora İlə İş üzrə Komitəsinin, jurnalist təşkilatlarının malik olduqları bütün informasiya mərkəzləşdirildi: ?Təxminən 450 ünvanlıq bir sıyahı alındı. Yoxlamalar göstərdi ki, siyahıdakı ünvanlar 55 faizdən artıq mövcud deyil. Hazırda ?Xaricdəki azərbaycanlı media mənsublarının və jurnalistlərin informasiya bankı? yaradılır ki, həmin bank gələcəkdə şəbəkənin saytında yerləşdirilməklə yanaşı, həm də Azərbaycan mediasının beynəlxalq xəritəsinin tərtib edilməsi üçün də əsas olacaq. İndiki günə qədər xaricdəki azərbaycanlı media mənsublarının və jurnalistlərin 210 ünvanlıq siyahısını tərtib etməyə müvəffəq olmuşuq. Onlardan 104-ü ilə artıq əlaqə qurulub və 90 ünvanlıq inofrmasiya bankı yaradılıb. Bu ünvanlar 27 ölkədə azərbaycanlılar tərəfindən idarə olunan 64 KİV-dən və 40 fəal azərbaycanlı jurnalistdən ibarətdir?. A.Əliyev həm də deyib ki, dünyanın 27 ölkəsində yaşayan jurnalistlər layihənin ideyasını dəstəklədiklərini elan edib və bunun müzakirəsinə qoşulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA