Ramiz Mehdiyev haqqında kitab dərc olunub

img

18-09-2009 [03:24]


gn=left]2010/ramiz-mehdiyev.jpg[/libt] Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqqında biblioqrafiq kitab nəşr olunub. ?Ramiz Ənvər oğlu Mehdiyev? biblioqrafiyası ?Azərbaycanın elm və mədəniyyət xadimləri? seriyasından Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), AMEA-nın Mərkəzi Elmi Kitabxanası və M.F.Axundov adına Respublika Milli Kitabxanası tərəfindən Azərbaycan, rus və ingilis dillərində tərtib edilib. Biblioqrafiyada Ramiz Mehdiyevin 25 kitabı, 200-ə yaxın məqaləsi, o cümlədən xaricdə buraxılmış 6 əsəri ilə yanaşı, redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər də sadalanır, ictimai-siyasi fəaliyyəti haqqında yazılmış məqalələr təqdim olunur. Biblioqrafiya akademik R.Mehdiyevin 1964-2009-cu illərdəki elmi yaradıcılığını əhatə edir. Nəşrə alimin həmin illərdə Azərbaycan, rus, ingilis, türk və digər dillərdə çap olunmuş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında, dövri mətbuatda işıq üzü görmüş elmi-publisistik məqalələri, çıxışları və müsahibələri daxil edilmişdir. Biblioqrafiya ?Şərq-Qərb? mətbəəsində çap olunub. QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA