Dövlət Neft Fondu "Ən yaxzı analitik məqalə" müsabiqəsini davam etdirir

img

16-09-2009 [01:21]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi ilə əlaqədar olaraq Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin məlumatlandırılması məqsədilə jurnalistlər üçün elan edilən "Ən yaxşı analitik məqalə" müsabiqəsi davam edir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə ARDNF-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva verib. Müsabiqənin iştirakçıları aşağıdakı sənədləri 2009-cu il dekabrın 1-dək hər iş günü 10:00-dan 18:00-dək Neft Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə təqdim edə bilərlər: 1. www.oilfund.az internet səhifəsindəki "Mətbuat guşəsi" bölümündən əldə edilərək doldurulmuş ərizə forması; 2. KİV-in əməkdaşı olduğunu təsdiq edən sənəd; 3. Müəllifi olduğu materialın 2009-cu il iyunun 15-dən noyabrın 20-dək olan müddət ərzində dərc olunduğu yerli və ya xarici qəzet və ya jurnalın nüsxəsi. Əlavə məlumat üçün bu linkə daxil olun: http://www.oilfund.az/az/content/27

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA