Yadigar Məmmədli və Arif Əliyev Əflatun Amazovun təzəbbüsünü zərh edir

img

15-09-2009 [05:58]


Mətbuat Şurası fəaliyyət göstərməyən qəzet və jurnalların dövlət qeydiyyatının ləğvi məsələsini qaldırıb. Qurumun rəhbəri Əflatun Amaşov Ədliyyə Nazirliyinə bu təkliflə müraciət etməyə hazırlaşdıqlarını bildirib. Hazırda fəaliyyət göstərməyən dövlət qeydiyyatlı ?Cümhuriyyət? və ?Gün səhər? qəzetlərinin təsisçiləri Yadigar Məmmədli ilə Arif Əliyev ?Media forum? saytına açıqlama verərək Mətbuat Şurasının təşəbbüsünü şərh ediblər. [b]Yadigar Məmmədli, ?Cümhuriyyət?: [/b] - Əflatun Amaşov bir məsələdə haqlıdır - Ədliyyə Nazirliyində olduqca çox qəzet-jurnal qeydiyyatdan keçib. Üzdə olan, fəaliyyət göstərən nəşrlərin sayı isə məhduddur. Ona görə də adı olub, özü olmayan qəzetlərlə bağlı ölçü götürülməlidir. Lakin bu heç də o demək deyil ki, çıxmayan bütün nəşrlərin dövlət qeydiyyatı ləğv edilməlidir. Şəxsən mənim təsisçisi olduğum ?Cümhuriyyət? qəzeti, yaxud ?Avropa?, ?Avrasiya?, ?Millət? kimi qəzetlər var ki, Azərbaycanın media tarixində çox önəmli rol oynayıblar. Onların missiyaları vardı və auditoriyaları kifayət qədər geniş olub. Bu kimi qəzetləri digərləri ilə bərabər tutmaq olmaz. Digər tərəfdən, hər qəzet bir müəssisə, biznes fəaliyyəti göstərən qurumdur. Bu qurum fəaliyyətini dondura bilər, öz işidir. Yalnız müəyyən müddətlərdə müvafiq orqanlara öz hesabatını verməlidir. Həmin hesabatı verməsə, müvafiq qurumlar vəsatət qaldırır və məhkəmə qəzet barədə ölçü götürür. Son qərarı məhkəmə verir və istər Mətbuat Şurası, istərsə də Ədliyyə Nazirliyi nəşrin qeydiyyatını ləğv edə bilməz. [b]Arif Əliyev, ?Gün səhər?: [/b] - Ən azı Azərbaycan jurnalistikasının problemlərinin çəkisini nəzərə alıb fəaliyyət göstərən qəzet və jurnallarla məşğul olmaq lazımdır. Fəaliyyət göstərənlərin problemlərini həll etmək lazımdır, fəaliyyət göstərməyənlərin yox. Ümumiyyətlə, mənə belə praktika bəlli deyil ki, hər hansı bir ölkənin Mətbuat Şurası çıxmayan qəzetlərlə məşğul olsun. Çünki onların nizamnaməsində də birbaşa yazılıb ki, mətbuat şuraları dərc olunan kütləvi informasiya vasitələri ilə məşğul olur. Bu təşəbbüsü hüquqi baxımdan da düzgün əsaslandıra bilmirlər. Bu və ya digər nəşrin qeydiyyatının ləğvinə Ədliyyə Nazirliyi yox, məhkəmə qərar verməlidir. Azərbaycanda bir çox məsələlərdə hüquqi tərəf praktik ehtiyaca həmişə məğlub olur. Misal üçün, bəzi qəzetlər reket elan olunur. Qanunda reketçilik cinayət əməli kimi qiymətləndirilir və buna məhkəmənin qərarı olmadan qiymət vermək olmaz. Qəzet qəbiristanlığı adlanan belə bir problem mövcuddur. Ancaq ciddi problemləri bir tərəfə qoyub belə məsələləri gündəmə gətirmək anlaşılmazdır. Çıxmayan qəzetlər probleminin medianın fəaliyyətinə yarım faiz də təsiri yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA