Deputat Nazim Məmmədov ən yüksək bal toplayan tələbəni təltif edib

img

15-09-2009 [12:01]


Bu gün Səbail rayonundakı 7 saylı məktəbdə ?Bilik Günü? qeyd olunub. ?Bilik Günü? çərçivəsində ?Gənc Liderlər? Uşaq və Gənclər Təşkilatının(UGT) təşəbbüsü və təqdimatı əsasında Millət vəkili Nazim Məmmədov bu məktəbdən II ixtisas qruppu üzrə ən yüksək bal toplayan tələbəni təltif edib. Deputat İqtisad Universitetinə daxil olan Sənəm Aslanlıya təhsili boyu təqaüd və ən yeni model notbuk hədiyyə edib. Çıxış edən N.Məmmədov ölkədə aparılan islahatlardan danışaraq, bütün ictimaiyyətin, o cümlədən özünün də bu prosesdə iştirakından məmnun olduğun vurğulayıb. Millət vəkili ölkəmizin daha çox təhsilli gənclərə ehtiyacı olduğunu deyərək, bu cür gənclərə dəstək verilməsinin vacibliyini vurğulayıb. Daha sonra çıxış edən ?Gənc Liderlər? Uşaq və Gənclər Təşkilatının sədri Fərid Şahbazlı təşkilatın təşəbbüsünə dəstək verdiyi üçün millət vəkilinə təşəkkür edib. F.Şahbazlı bu cür təşəbbüslərin bundan sonra da olacağını deyərək, istedadlı gənclərə qayğı göstərilməsini vacib sayıb. Tələbə Sənəm Aslanlı isə təqaüd və kompyeterə görə, millət vəkilinə və təşkilata təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA